261
13:18
06 Noyabr 2019

Bakıda quldurluq edən tutuldu

Paytaxtın Nəsimi rayonunda quldurluq baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, quldurluqda şübhəli bilinən 32 yaşlı paytaxt sakini C.Zeynalov tutulub. Onun noyabrın 6-da saat 00:30-da Nəsimi rayonu, Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirməkdə şübhəli bilinir.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri məhkumluğu olan şübhəli şəxs 2015-ci ildən azadlıqda olub. Məlumatı Bakı şəhər Baş Polis İdarəsinin mətbut xidmətindən təsdiqləyiblər.