“Təhsil Nazirliyinin tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
Lent.az Nazirlər Kabinteinə istinadən xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.
Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.