809
19:24
05 Noyabr 2019

Yerin ən cansız yeri AÇIQLANDI

Paris-Syud Universitetini təmsil edən Fransadan olan tədqiqatçılar planetdə ən cansız yer sayılan Efiopiyanın Dallol dərələrindəki araşdırmanın nəticələrini açıqlayıblar.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, akademiklərin fikrincə, ölü ərazi heç cür Yeri yox, ümumiyyətlə başqa planeti xatırladır. Orada hələ də fəaliyyətdə olan Dallol vulkanı və unikal hidrotermal sistem var ki, su kimyəvi tərkibinə görə 109 dərəcə selsiyə çatır, eləcə də çox turş və duzludur.

Çoxları son ana qədər əmin idi ki, ərazidə ən azı bakteriyalar yaşayır, ancaq əfsus, fransalı akademiklər bununla razılaşmayıblar.

Həmin ərazi yaşayış üçün əlverişsizdir, belə ki, su hüceyrələrin parçalanmasına səbəb olan maqneziumun üstünlük təşkil etdiyi duzdan ibarətdir.