Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşına görə intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, rəqqasə bu barədə “Lider maqazin” verilişində danışıb:
“Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib”.
Qeyd edək ki, Fatimənin ilk evliliyi uğursuz olub. O, 2-ci dəfə Xəyal adlı şəxslə ailə qurub. Onun bu nikahdan Hüseyn adlı oğlu var. Rəqqasənin ilk evlilikdən bir qızı var.