233
10:02
05 Noyabr 2019

Avtobusların toqquşması nəticəsində yaralananlarla bağlı MƏLUMAT

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, Nizami rayonu, 8- ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma saat 22:20-də daxil olub:

"Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb".