Azərbaycanda bir ailənin üç üzvünün olduğu maşın yoldan çıxaraq aşdı
04 noyabr 2019 16:54 (UTC +04:00)

Azərbaycanda bir ailənin üç üzvünün olduğu maşın yoldan çıxaraq aşdı

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində avtomobildə olanlar - 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı, onun gəlini 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasif qızı və nəvəsi 2013-cü il təvəllüdlü Vəliyev Rəfael Nemət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875

Oxşar yazılar