Dənizdə dalğaların hündürlüyü 4 metrə endi
03 noyabr 2019 11:16 (UTC +04:00)

Dənizdə dalğaların hündürlüyü 4 metrə endi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  fatiki hava barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. 

Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü  4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi,  7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi  5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar