"Gözəgəlimliyəm, həssas yerimdən vururlar, amma sırtılmamışam" - VİDEO
01 noyabr 2019 13:52 (UTC +04:00)

"Gözəgəlimliyəm, həssas yerimdən vururlar, amma sırtılmamışam" - VİDEO

Azərbaycanlı aktrisa Pərvin Abıyeva onu tənqid edənlərdən danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa “Show news” verilişində bildirib ki, Allah ona həyatda hər şeyi verib:

“İndi səmimi insanlar tapmaq çox çətindir. Çoxları sənin uğuruna sevindiyini göstərə bilər. Amma insanın özü bilir ki, həqiqətən də uğuruna sevinən neçə nəfərdir. Düşünürəm kİ. ömür boyu tənqid olunan aktrisayam. Məni gözü götürməyənlər çoxdur. Danışacam, deyəcəklər ki, belə. Çünki Allah mənə hər şey verib. Gözə gəlimliliyim var. Sadə bir şey də geyinsəm belə, bilirəm ki, fərqli görünəcəm. Həssas insanam, hələ sırtılmamışam".

Pərvin bildirib ki, seriala çəkilmək istəmir: “Seriallarda oynamağa çəkinirəm. Çünki uzunmüddətli müqavilələr təhlükəlidir. Müqaviləni bağlasam, məcburən hər gün çəkilişdə olmalıyam”.

Aktrisa əməliyyata girmə səbəbini də açıqlayıb: “Keçən ilin fevral ayında ayağımda əzələ yırtıqlığı oldu. Onun yerinə su doldu. Məni incidirdi, kəsdirdim”.

# 2252
avatar

Yalçın UĞUR

Oxşar yazılar