
Əməkdar artistə sərt reaksiya: "Düzgün yanaşmırsınız" - VİDEO
Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkədə tənqid atəşinə tutulub.
Lent.az axşam.az-a istinadla xəbər verir ki, buna səbəb aktrisanın "Bizimləsən" verilişində işlətdiyi ifadələr olub. Belə ki, proqrama gələn mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz həyat yoldaşından bəhs edib.
Çingiz bildirib ki, arvadı onunla ailəli olduğu halda başqa kişi ilə eşq yaşayırmış. Onun "Mənə xəyanət etmişdi. Çox şeyləri açıb danışmıram. Mənim saxta imzamdan istifadə edib, sənədlərə qol çəkib" sözlərinə M.Əliyevanın qəribə reaksiyası olub.
Aktrisanın işlətdiyi "Nə eyməliydi? Narkotikdən istifadə edirdiniz, döyürdünüz, söyürdünüz. İndi də bunu deyirsiz?" ifadələr studiyada etiraza səbəb olub. Hər kəs onun məsələyə yanlış yanaşdığını, düzgün təbliğat aparmadığını bildirib. Aparıcı Zaur Baxşəliyev də "Düzgün yanaşmırsınız. Boşanardı, sonra gedib başqasını tapardı" deyərək, aktrisaya irad bildirib.
M.Əliyevanın ifadələri sosial şəbəkədə də müzakirələrə səbəb olub. İstifadəçilər aktrisanın düzgün söz demədiyini yazıblar.
Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03