
Bu rayonda məcburi köçkünlər üçün yeni bina tikilir
Ağdamda məcburi köçkünlər üçün 50 mənzilli yeni bina tikilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdirdiyi binada 1, 2, 3 və 4 otaqlı mənzillər olacaq.
Ağdam rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Abduləli Mehdiyev APA-nın yerli bürosuna deyib ki, binaya ən ağır mənzil şəraitində yaşayan ağdamlı köçkün ailələr yerləşdiriləcək.
A. Mehdiyev əlavə edib ki, gələn ilə rayonda 1440 ailəlik çoxmərtəbəli bina inşa ediləcək. Bu məqsədlə 20 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinin aparılması üçün lazımı sənədlər hazırlanır. Hazırda ərazinin baş planı və layihələndirmə işləri aparılır.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12