Aparıcı Nailə İslamzadə haqqında bilmədikləriniz -<span style="color:red;"> VİDEO
30 oktyabr 2019 17:54 (UTC +04:00)

Aparıcı Nailə İslamzadə haqqında bilmədikləriniz - VİDEO

Əməkdar artist Nailə İslamzadə şəxsi həyatından danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan diktor bildirib ki, həyat yoldaşı onu efirdə bəyənib:

“1986-cı ildə ailə qurmuşam. Həyat yoldaşım məni efirdən görüb, bəyənib. Onu evləndirə bilmirlərmiş, yaşı da keçirmiş. Axırda məni efirdə görüb, deyib ki, belə bir qız tapın, evlənim.

Bir gün işdə çəkilişdə idim, gördüm ki, mərhum Rafiq Hüseynov o tərəfə, bu tərəfə gedir. Çəkiliş zamanı rejissor mənə söylədi ki, Rafiq bəy deyir, çəkilişini bitirəndən sonra otağıma gəlsin. Çəkilişi bitirən zaman getdim, mənə bir neçə sual verdi. Onun otağında 2 adam əyləşmişdi. Sən demə, bunlar gəlmişdi ki, məni görsünlər”.

Qeyd edək ki, N.İslamzadə ilə müsahibənin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz.

# 17064
avatar

Yalçın UĞUR

Oxşar yazılar