Rusiyada Flubba təxəllüsü ilə tanınan 26 yaşlı reperi Artem Çerdintsev vəfat edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, iyunun 14-də yaxınları musiqiçinin komaya düşdüyünü bildiriblər, lakin xəstəliyin səbəbi açıqlanmayıb.
Çerdintsev musiqiçi ailəsində dünyaya göz açıb - anası musiqi müəllimidir. O, özü uşaqlıqdan saksafon çalıb və yeddi il əvvəl “Flubba” təxəllüsü ilə hip-hop karyerasına başlayıb.
Musiqiçi ilə vida mərasimi iyunun 20-də keçirilib, kremasiya və dəfn mərasimi isə iyunun 25-də baş tutacaq.