
Azərbaycanda siqaret və spirtli içkilərin reklamı qadağan edilməlidir - TƏKLİF
"Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir".
Lent.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib. Onun sözlərinə görə, Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Bu xəstəliklərin yaranmasında əsas risk faktorlarından biri tütündür. S. Aypanciquli hesab edir ki, Azərbaycanda tütün istehlakı azaldılmalıdır. Tütünlə bağlı vergilər artırılmalı, siqaret qutularının üzərində "Sağlamlığa ziyandır" sözləri böyük hərflərlə yazılmalı, onun sağlamlıq üçün təhlükəli olmasını göstərən şəkil vurulmalıdır: "Bununla yanaşı, Azərbaycanda şirkətlər siqaret reklamını dayandırmalı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir. Azərbaycanda ilk dəfə oluram. Küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki , bu, Azərbaycan üçün məqbul haldır. Amma mən tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm".
S. Aypanciquli əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə də diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir".
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06