
Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir
“Daoji Agriculture” şirkəti tərəfindən “ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən “ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk “5G” baza stansiyaları istifadəyə verilib.
2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri “China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı (“World Internet Conference”) keçirilir.
“SCMP” nəşrinə müsahibəsində “Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin “5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.
Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. “China Mobile” şirkətinin “5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. “5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.
Həmçinin istixanada “5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18