
Azərbaycan icmasından BƏYANAT: bu Fransanın mövqeyinə hörmətsizlikdir
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin müəllim və professor heyətinin Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz bəyanatı yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər.
“Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universitetin”də olub, gələcək “əlaqələrə” dair fikirlər səsləndiriblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bildirir ki, qədim ənənələri olan Lill Universitetinin müəllim və professorlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin bu “səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin müəllim və professor heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsunlar? Görəsən bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında bilgi toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarının Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbəri varmı? Əgər yoxdursa, bu elm adamları üçün həqiqətən utanc gətirən bir məsələdir. Yox əgər Lill Universitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli bu həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlikdir.
Digər tərəfdən Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir. Belə olan halda Lill Universitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.
Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması etirazımızı Fransanın Lill Universitetinin rəhbərliyinə də çatdırırıq. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək”, - deyə bəyanatda qeyd olunub.
Oxşar yazılar

“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52