Zeytun yağlı Ukrayna salatı - <span style="color:red;">RESEPT  - <span style="color:red;">VIDEO
29 oktyabr 2019 11:28 (UTC +04:00)

Zeytun yağlı Ukrayna salatı - RESEPT - VIDEO

 
Tərkibi:
 
200 qr. qırmızı lobya
1 baş qırmızı soğan
2 badımcan
Cəfəri
Duz
İstiot
Qızartmaq üçün Zeytun yağı
 
Hazırlanması:
 
1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanın acılığını duzdu suda
çıxardırıq.
 
2.Badımcanın suyunu süzürük. Mətbəx salfeti ilə artıq suyunu çıxardırıq.
Zeytun yağında yaxşı qızardırıq.
 
3.Qızarmış badımcanı yenə mətbəx salfetinə yığırıq ki, artıq yağı çəkdin.
 
4.Dərin qaba badımcanı əlavə edirik. Üstünə baş soğan kəsirik. Lobyanı əlavə
edirik.
 
5.Xırda kəsilmiş cəfəri səpirik.
 
6.Duz və istiot səpirik.
 
7.Hamısını yaxşı qarışdırırıq.
 
8.Ehtiyyac olarsa əlavə Zeytun yağı tökə bilərsiniz salata.
 
Konservləşdirilmiş qırmızı lobya olmasa, adi suda bişən lobya əlavə edin.
 
Nuş olsun!

# 10074
avatar

Oxşar yazılar