
ABŞ hərbçiləri dronları vuran lazer silahı ilə təmin edilib - VİDEO
"Raytheon" şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün lazer silahı vasitəsilə düşmən pilotsuz uçan aparatlarını bir neçə saniyəyə məhv etməyə imkan verən sistem yaradıb.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, 2018-ci ilin martında keçirilən ilk sınaqlar zamanı antidron sistemi vasitəsilə onlarla dron vurulub. ABŞ HHQ texnologiyanın nümayişi üçün 2 milyon dollar ödəyib. Uğurlu testlərdən sonra lazer sistemi döyüş növbətçiliyinə qəbul edilib.
Hərbçilərin planlarına ABŞ-dan kənarda döyüş meydanları zonalarında səhra şəraitində əlavə testlərin keçirilməsi daxildir.
Məlumata görə, yeni silah "Raytheon" lazeri və pilotsuz uçan aparatların "özünkü və ya düşmən" prinsipi üzrə izlənilməsi və müəyyənləşdirilməsi üçün nəzərdə tutulan çoxspektral tuşlama sistemindən ibarətdir. Qayda pozucusu aşkarlandıqdan sonra antidron sistemi bir neçə lazer atışı etməklə dərhal pilotsuz uçan aparatı məhv edir.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14