Əməkdar artistlə teatr arasında <span style="color:red;">RÜŞVƏT QALMAQALI BÖYÜDÜ
28 oktyabr 2019 14:06 (UTC +04:00)

Əməkdar artistlə teatr arasında RÜŞVƏT QALMAQALI BÖYÜDÜ

Əməkdar artist Nigar Şabanova  ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasındakı qalmaqal yaşanıb.

Lent.az-n məlumatına görə, Nigar  "Hər şey daxil" verilişində teatrın "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynamaq üçün ondan 4 min manat rüşvət istənildiyini deyib. O bildirib ki, Xalq artisti Gülyanaq Məmmədova da pulla həmin obrazı oynayıb:

"Eşitmişəm ki, Gülyanaq Məmmədova pul verib, "Leyli və Məcnun" tamaşasında oynayıb. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur. Onun qazancının yarısını qazanmıram. Mənim yaşım o qədər deyil ki, hər dəfə gedim 3-4 min verim və Leyli oynayım. Mənə maraqlısı odur ki, niyə indi oynayan digər gənclər pul ödəmir, Nigar ödəməlidir?

İllərdir susuram, amma indi məsələni qaldıracam. Bura dövlət teatrıdır, özəl klinika deyil. Bir dəfə operada Leyli oynadım, uğurlu da alındı. Onda mən pul ödəməmişdim. Sonradan pul istədilər".

 

# 3211
avatar

Yalçın UĞUR

Oxşar yazılar