
Bağdadinin ölüm xəbəri yayıldı
İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən məlumat yayıb.
Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib. D. Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da vacib bəyanat verəcəyini açıqlayıb.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46