848
14:15
25 Oktyabr 2019

BDU-nun sabiq rektoru dəfn edildi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov dəfn olunub.

Bu barədə APA -ya Firudin Səməndərovun ailəsindən məlumat verilib.

Bildirilib ki, professorla vida mərasimi yaşadığı Nərimanov rayonu Atatürk prospekti 47-i ünvanında keçirilib və “Qurd Qapısı“ adlanan qəbiristanlıqda dəfn olunub. Qeyd edək ki, F. Səməndərov ötən gün 80 yaşında vəfat edib. O, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. F. Səməndərov uzun müddət BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!