Sosial şəbəkədə fenomen olmağın <span style="color:red;">ƏSAS ŞƏRTLƏRİ  –<span style="color:red;"> Ekspert açıqladı
24 oktyabr 2019 15:40 (UTC +04:00)

Sosial şəbəkədə fenomen olmağın ƏSAS ŞƏRTLƏRİ Ekspert açıqladı

İnternet istifadəçilərinin sayı getdikcə artmaqda davam edir, əksər insanlar günlərinin bir çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Demək olar ki, məşhurluğa can atan bir çox gənclər də tanınmaq üçün sosial şəbəkələrdən istifadə edir. Kimi qalmaqallı mövzularla, kimi isə istedadı ilə sosial şəbəkə fenomeninə çevrilir. 
 
Bəs sosial şəbəkədə məşhurlaşmağın doğru yolları nələrdir? 
 
Sözügedən mövzu ilə bağlı kiçik araşdırma apardıq. 
 
Lent.az-ın suallarını cavablayan Digital Marketinq eksperti Orxan Cəfərli sosial şəbəkələrdə məşhur olmağın yollarını izah edir:
 
 
“Sosial şəbəkələrdə məşhurlaşmağın bir çox yolu var. Ancaq bəzi şeyləri doğru seçərək bunu etmək mümkündür. Məşhur olmaq istəyən şəxs, müəyyən etməlidir ki, hansı mövzu üzrə paylaşım etmək arzusundadır. Fenomen olmaq istəyən insan öz imicinə uyğun gördüyü mövzuya qərar verib, daimi şəkildə bununla bağlı paylaşımlar etməlidir. Doğru mövzunu seçimi ən kritik məsələlərdən biridir. Müəyyən bir mövzunu seçib daimi şəkildə bununla bağlı paylaşımlar etmək izləyicini və məzmunu bir-birinə bağlayacaq. Fenomenlər adətən, səyahət, dəb, həyat tərzi, yemək, idman, oyun, sağlamlıq mövzuları üzrə davam edirlər. Digər əsas məsələlərdən biridə doğru platformanı seçməkdir. Platforma seçimi mövzu və paylaşım tərzinə görə dəyişir. İş adamları üçün “Linkedin” uyğun ola bilər, əgər moda üzrə paylaşımlar olacaqsa, “İnstagram” ən yaxşı seçimdir. Paylaşımlar üçün video kontent (məznun) hazırlayırsansa, “Youtube” uyğun platformadır. Seçimdə həm də yaş müəyyən qədər rol oynayır. Bundan başqa onu da demək lazımdır ki, məşhurlaşanların 90%-dən artığı “instagram” vasitəsi ilə fenomenə çevrilib”. 
 
Ekspert bildirir ki, fenomenə çevrilmək üçün seçdiyiniz mövzu böyük rol oynayır:
 
“Seçdiyiniz mövzu da sizi digərlərindən fərqləndirən bir xüsusiyyətin olması çox vacibdir. Paylaşımlarda özünüzə xas bir tərz olmalıdır. Bu tərzi hər paylaşımda eyni cür saxlamalısınız. Bu həm də sizin brendləşmənizə kömək olacaq. Eyni zamanda izləyicilərin verdiyi reaksiyalardan nə tip paylaşımın onlar üçün daha maraqlı olduğunu təyin etmək və buna uyğun paylaşımlar etmək vacibdir. Bundan başqa hədəf kütlənizin nə izlədiyini, nə tip paylaşımları sevdiyini başqa sosial media kanallarından araşdırmaq da sizə böyük kömək olacaq. Bunun üçün “Tumblr” və “Pinterest” kimi platformalardan yararlanmaq olar. Paylaşımlardakı ardıcıllıq da çox vacibdir. İzləyicilərin kontentə ən çox diqqət etdiyi günləri və saatları tapıb, ardıcıl şəkildə həmin vaxtlarda paylaşım etmək lazımdır. İzləyicilərə həqiqətən də maraqlı və faydalı olmaq önəmlidir. Demək olar ki, paylaşım kanalları müxtəlif olsa da, bütün dünyada sosial mediada məşhur olmaq bənzər səbəblərdən olur. Hədəf kütlənizdə rezonansa səbəb olacaq paylaşımlar, burada əsas yeri tutur. İnsanlar bildiklərinizi onlara təmənnasız öyrətdiyinizi anlamalıdır. Güvən yaratmaq onlar üçün əhəmiyyətlidir. Bunun üçün orijinallığı və şəffaflığı qoruyub saxlamaq lazımdır. Bundan başqa hər sosial şəbəkələrin öz dəyişiklikləri olur, bunları öyrənmək və yeniliklərdən ilk sizin xəbərdar olmanız üstünlüyünüzdür. “Həştəqlərin” istifadəsi “İnstagram”da çox vacibdir, ancaq “Facebook”da o qədərdə əhəmiyyətli deyil. Bu və buna bənzər detallardan ilk sizin xəbəriniz olmalıdır. Özünüz haqqında daha az, mövzunuz və dəyişən trendlər haqqında daha çox paylaşımlar etməlisiniz”.
 
Qeyd edək ki,  Digital Marketinq eksperti Orxan Cəfərli Macarıstanda Biznesin idarəedilməsi və menecment üzrə təhsil alıb. Daha sonra rəqəmsallaşma üzrə bir çox xarici təlim və tədbirlərdə iştirak edib. Bir çox yerli və xarici məhsulların  rəqəmsallaşması, rəqəmsal marketinqi, rəqəmsal məhsulların yaradılması üzrə çalışıb. Hazırda Apa Group-da işləyir.
 
# 1409
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar