
Teymur Rəcəbov Avropa çempionatında millimizin heyətində olmayacaq
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında ölkəmiz əsas heyətlə mübarizə aparmayacaq.
Buna Teymur Rəcəbovun yığmadan kənar qalması səbəb olub. Dünya Kubokunu qazanmaqla, İddiaçıların Turnirinə vəsiqə əldə edən qrossmeyster Avropa çempionatını azarkeş kimi izləyəcək. Onu əvəzləməli olan Nicat Abbasov da yorğunluq səbəbindən Batumiyə aparılmayıb. Nəticədə Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynova komandanın kapitanı Eltac Səfərli qoşulub.
Qadınların Avropa çempionatında isə Azərbaycanı Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova təmsil edəcəklər.
Hər iki komandaya kapitanlığı Fikrət Sideyfzadə edəcək.
Qeyd edək ki, 2 il öncə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatında birinci olub. Yunanıstanda baş tutan son analoji yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov ölkəmizə qitə birinciliyinin 3-cü qızıl medalını qazandırıb.
Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39