Avtomobil mal-qaraya çırpıldı, xəsarət alanlar var
22 oktyabr 2019 19:30 (UTC +04:00)

Avtomobil mal-qaraya çırpıldı, xəsarət alanlar var

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolun hərəkət hissəsində mal-qaranı vurub. Nəticədə avtomobilin sürücüsü Hüseynov Xəyal və maşında olan sərnişin Hüseynova Gündüz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 910
avatar

Oxşar yazılar