Bamiyəni belə hazırlayın - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
22 oktyabr 2019 17:52 (UTC +04:00)

Bamiyəni belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinadla bamiyənin necə hazırlanması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
2,5 stəkan un, yağ 50 qram, su 2 stəkan,  yumurta 4 ədəd, mannı 3 xörək qaşığı , nişasta (kraxmal) 1 xörək qaşığı, vanilin 1 paket, duz 1 çimdik.
Şərbət üçün: su 1,5 stəkan, şəkər tozu 2 stəkan, limon 1 dilim.
 
Hazırlanma qaydası:
 
Ocağın üstünə şərbəti hazırlayacağımız qabı yerləşdiririk. Sonra içərisinə su və şəkər tozunu əlavə edib qarışdırırıq. Şəkər tozu əriyəndən sonra limon dilimini əlavə edirik. 5 dəqiqə qaynadıqdan sonra şərbəti götürüb öncə otaq temperaturunda, sonra soyuducuda tam soyuduruq.
 
Digər tavanı ocağa qoyub su, kərə yağı və duz əlavə edib, yağ əriyənə qədər qarışdırırıq. Yağ əridikdən sonra unu tavaya əlavə edib dayanmadan qarışdırırıq. Xəmir hazır olduqdan sonra ocaqdan götürüb başqa qabda soyuduruq. Xəmir soyuduqdan sonra üzərinə vanili, yumurtanı, nişastanı və mannını əlavə edib mikserlə çalırıq. Xəmir hazır olduqdan sonra bamiyə üçün nəzərdə tutulmuş formalı dişləri olan lövhəciyi, şirniyyat bəzəmək üçün istifadə olunan torbaya yerləşdirib, içərisinə xəmiri əlavə edirik. Tavaya yağ tökdüüb içərisinə xəmiri sıxırıq. Bamiyələri tavada ocağa qoyub qızardırıq. Bamiyələrin hər iki üzünü qızardıqdan sonra soyuq şərbətin içərisinə əlavə edirik.
 
 
Nuş olsun!

# 1403
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar