
Paytaxtda dam örtüklərinin təmiri davam edir: 380 binanın ...
Məlumat verildiyi kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 10 milyon manat ayrılıb. İlk növbədə dam örtüyü təmir ediləcək 380 binanın siyahıs;, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib.
Bu barədə Lent.az-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə bağlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.
Podratçı təşkilatlar;n gördwyw işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi komissiyada qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcəkdir.
380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukrurları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcəkdir.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48