
Sabahın hava PROQNOZU
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26