
DİQQƏT: Bu rayonlarda qaz olmayacaq
Bu gün Bərdə və Tərtərdə bir qrup abonentin qaz təchizatında fasilələr yaranacaq.
Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü kilometrliyində yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir.
Bu səbəbdən Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.
***
Xocəsən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır.
“Azəriqaz”dan verilən məlumata görə, bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq.
Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06