Xalq artisti olan Röyadan <span style="color:red;">AÇIQLAMA  - <span style="color:red;">"Allah heç kimin..."
21 oktyabr 2019 18:34 (UTC +04:00)

Xalq artisti olan Röyadan AÇIQLAMA - "Allah heç kimin..."

"Bu ad mənim deyil, sizindir".

Lent xəbər verir ki, bu sözləri bu gün Prezident İlham Əliyevin sərəncamı ilə "Xalq artisti" adı ilə təltif edilən müğənni Röya deyib.

O, ölkə başçısına və Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Bu illər ərzində məni səhvimlə, düzümlə dəstəkləyən bütün dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda məni mən edən, mahnılarımla ağlayıb gülən, sevilən hər kəsə təşəkkür edirəm. Bu ad mənim deyil, sizindir. Bu ad mənə məhz sevgiyə görə verilib. Ailəmi sevindirdiklərinə görə dövlət başçımıza, Birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkür edirəm. Mənimlə birlikdə bu ada layiq görülən sənət dostlarımın hər birini təbrik edirəm. Hamımızın gözü aydın olsun. Allah heç kimin əziyyətini yerdə qoymasın. Minnətdaram”.

 

# 1280
avatar

Oxşar yazılar