
Njde Hitlerdən göstəriş alırdı - Erməni "qəhrəman" bir daha ifşa edildi
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Bakı Dövlət Universiteti (BDU) ilə birlikdə “Qaregin Njde - faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bu mövzuda araşdırmalar aparıldığını və bu məsələnin köklərinin dərin olduğunu qeyd edib.
O bildirib ki, bu istiqamətdə geniş araşdırmaların aparılmasına ehtiyac var.
BDU-nun rektoru Elçin Babayev deyib ki, Q. Njde erməniləri faşistlərlə əməkdaşlığa cəlb edib. Onun sözlərinə görə, Ermənistanın Q.Njde kimi faşisti qəhrəman etməsi onların iflasının göstəricisidir.
Rektor Azərbaycanın heç vaxt faşizmin qarşısında baş əymədiyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan sülhə və sabitliyə hər zaman müxtəlif tribunalardan dəstək verib.
Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı bildirib ki, erməni milliyyətçiliyinin təsiri altında böyüyən Q. Njde 1912-1913-cü illərdə bolqar ordusunun tərkibində Türkiyəyə qarşı vuruşub.
Q. Çaxmaqlı deyib ki, sonrakı illərdə Q. Njdenin istintaqı zamanı onun Zəngəzurda ordu yaratdığı və Azərbaycan xalqına qarşı qətliam törətdiyi üzə çıxıb: "İttiham aktında o özü etiraf edib ki, 150-200 Azərbaycan türkünü Zəngəzurda Katex qayasından atıb”.
Tədqiqatçı Q. Njdenin alman faşistləri ilə hərbi əməkdaşlıq qurduğunu və ermənilərdən ibarət legion təşkil etdiyini bildirib. O vurğulayıb ki, Q.Njde Adolf Hitlerlə görüşərək ondan konkret göstərişlər alıb.
Rusiyalı tarixçi alim Oleq Kuznetsov qeyd edib ki, bu gün Ermənistanda Q. Njdenin adını daşıyan 14 küçə, habelə meydan və metro var. O. Kuznetsov bildirib ki, 2000-ci ildə Vaçe Ovsipyan tərəfindən Q. Njde haqda kitab yazılıb.
Tarixçi əlavə edib ki, bu istiqamətdə araşdırmalar vacibdir və o özü də bununla bağlı araşdırmalarını davam etdirəcək.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19