Yol qəzasında bir ailənin 3 üzvü ağır xəsarət aldı - FOTO - YENİLƏNİB
Bakı-Qazax avtomagistralında müxtəlif dərəcəli yüngül və ağır xəsarət alan hadisə iştirakçılarının adları məlum olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” markalı minik və qoşqulu “KamAz” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb.
”Mercedes” markalı minik maşınında Goranboy rayonundan olan bir ailənin üzvləri - Nəbiyeva Ülkər Şahməddin qızı, Nəbiyev Rauf Qadir oğlu, onların övladı Nəbiyeva Təhminə Rauf qızı və “KamAz” markalı avtomobilin sürücüsü Nəcəf Bayramov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
****
00:57
Bakı-Qazax avtomagistralının Yevlaxla Ağdaş rayonlarının inizibati kəsişmə nöqtəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercesdes” markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində minik maşınında olan 4 nəfər ağır xəsarət alıb. Onlardan biri təcili tibbi yardım, digər 3 yaralı isə yaxınlıqdakı insanlar tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıların Goranboy rayonundan bir ailənin üzvləri olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45