"Qeyrətsiz qeyrətdən, kişiliyi olmayan kişilikdən danışır" -<span style="color:red;"> VİDEO
17 oktyabr 2019 15:18 (UTC +04:00)

"Qeyrətsiz qeyrətdən, kişiliyi olmayan kişilikdən danışır" - VİDEO

“Şou-biznes əhli camaata kişilikdən dərs keçə bilməz”.

Lent.az bildirir ki, bu sözləri aktyor-aparıcı Sərxan Kərəmoğlu “Show news” verilişində deyib. O, bildirib ki, şou əhlinin efirdə kişilik mövzusunda danışması düz deyil:

“Efir kişilikdən dərs keçmək üçün deyil. Bəziləri kişi elə, kişi belə olmalıdır fikirlərini səsləndirir. Ayıbdır. Hara gedirlərsə, kişilikdən danışırlar. Biz kimik ki? Camaata dərs keçə bilmərik. Bizə camaat pul verib oxutdurur, danışdırır. Bu insanlara necə kişilikdən dərs keçirik? Belə adamın kişilik dərsi keçməsi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiliyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.

 

# 1523
avatar

Yalçın UĞUR

Oxşar yazılar