Quru dodaqları canlandıran şəkər pilinqi - <span style="color:red;">FOTO
16 oktyabr 2019 17:00 (UTC +04:00)

Quru dodaqları canlandıran şəkər pilinqi - FOTO

Qadınları qıcıqlandıran ən böyük problemlərdən biri də cansız dodaqlardır. Soyuq havalar başlayan kimi bəzi insanların dodaqları quruyur və çatlayır. Sözügedən problemlə bağlı təqdim edəcəyimiz reseptlə, dodaqlarınızı nəmləndirəcək, parlaq edəcək və sağlam görünməsinə nail olacaqsınız.
 
Lent.az dodaqları canlandıran şəkər pilinqini təqdim edir:
 
İçindəkilər:
 
1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı Hindistan qozu yağı və şəkər tozu
 
Hazırlanması:
 
Şəkər tozunu zeytun yağı və Hindistan qozu yağı ilə qarışdırırıq. Şəkər tam ərimədən, qarışımı quru dodaqların hər tərəfinə çəkib yüngülcə ovuruq.
 
1-5 dəqiqə arası dodaqda saxlayıb təmiz su ilə yuyuruq.

 

# 1214
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar