Azərbaycanda illərlə işgəncəyə məruz qalan 4 uşaq anası: qardaşı öz evinə apardı ki...<span style="color:red;">TƏFƏRRÜAT
16 oktyabr 2019 11:58 (UTC +04:00)

Azərbaycanda illərlə işgəncəyə məruz qalan 4 uşaq anası: qardaşı öz evinə apardı ki...TƏFƏRRÜAT

Qəbələdə arvadını döyən ər ruhi xəstə imiş.
 
Bu məlumatı Lent.az-a danışan Qəbələ rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov deyib. Baş həkim əri tərəfindən döyülən Xalidə Eyvazovanın evə buraxıldığını bildirib:
 
"Xalidə Eyvazovanın səhhətində elə bir ciddi təhlükə yox idi. Dünən xəstəxanaya gətirildi, həkimlər dərhal baxış keçirdikdən sonra həyati təhlükəsi olmadığı üçün evə buraxıldı. Müəllim olan qardaşı Xalidə Eyvazovanı öz evinə apardı ki, hazırki durumda hər hansı xoşagəlməz hal olmasın. Həyat yoldaşı Dəmir Eyvazov ruhi xəstədir. Bu ailənin əvvəllər də mübahisələri olub. Sadəcə olaraq, arada qalan 4 uşağın xətrinə bir evdə yaşayırlar".
 
Sabir Bayramovun dediyinə görə, Eyvazovlar ailəsinin ailədaxili problemlərə görə əvvəllər də problemləri olub və iş məhkəməyə qədər gedib çıxıb. Kəndin bələdiyyə sədri ilə əlaqə saxladığımız zaman o, da ailənin uzun müddətdir problemlər yaşadığını, tez-tez dava-dalaşla üzləşdiklərini dedi. Sədr, ailə başçısı Dəmir Eyvazovun hansısa xəstəliklə əlaqədar xüsusi təqaüd aldığını dedi: "Dəqiq deyə bilmərəm ki, ruhi xəstəliyə görə alır. Yalnızca onu qeyd edirəm ki, əlillik dərəcəsi var". 
 
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Lent.az-a verilən məlumata görə isə arvadını döyən Dəmir Eyvazovun izahatı alınıb və araşdırmalar davam edir.
 
Qeyd edək ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Xalidə Süleyman qızı Eyvazova müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazovun işgəncə verdiyi bildirilir. Qadın uzun müddət işgəncəyə məruz qaldığını bildirib.
# 2270
avatar

Mehman Nəbiyev

Oxşar yazılar