Bakıda 3 nəfərin xəsarət almasına səbəb olan ağacın daha bir budağı sınıb - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
15 oktyabr 2019 23:16 (UTC +04:00)

Bakıda 3 nəfərin xəsarət almasına səbəb olan ağacın daha bir budağı sınıb - FOTO - YENİLƏNİB

 

Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib.

Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıb. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta ağırdır.

Hadisə yerində olan APA-nın əməkdaşlarının məlumatına görə, həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib

***

Saat 21:05

Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb.

APA xəbər verir ki, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları 1 saylı Xəstəxanaya çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

# 861
avatar

Oxşar yazılar