
Kosmik lift layihəsi təqdim edildi
Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, işi qiymətləndirən “LiftPort Group” korporasiyasının rəhbəri Maykl Leynin sözlərinə görə, müasir texnologiyaları tətbiq etməklə belə mexanizm yaratmaq mümkündür. Layihənin konseptinə görə, qurğunun əsası ekvatorda, son məntəqəsi isə peyklərin Yer kürəsi ilə eyni sürətdə dövrə vurduğu geostasionar orbitdə yerləşəcək. Yüklərin xüsusi burazlar vasitəsilə göndərilməsi planlaşdırılır – konstruksiyanın stabilliyini mərkəzdənqaçma qüvvəsi təmin edəcək.
Ekspertlərin qiymətləndirməsinə görə, kosmik liftin dəyəri 90 milyard dollar təşkil edəcək. Yaponiyanın “Oboyashi Corporation” şirkəti 2050-ci ilədək, Çin mühəndisləri isə 2045-ci ildə belə qurğu yaratmaq niyyətindədirlər. Lakin alimlər hələ burazların yaradılması üçün uyğun material axtarışı, eləcə də yüklər üçün kəskin temperatur dəyişikliklərinin və Yer atmosferindən kənarda “kosmik zibil” və digər obyektlər kimi potensial təhlükələrin öyrənilməsi ilə məşğuldurlar.
Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23