Həmyerlimiz “Kralın əyləncəsi”ndə baş rol aldı - <span style="color:red;">Sankt-Peterburq
15 oktyabr 2019 11:15 (UTC +04:00)

Həmyerlimiz “Kralın əyləncəsi”ndə baş rol aldı - Sankt-Peterburq

Dekabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.

 

Lent.az  teatrın saytından xəbər verir ki, səhnə əsərində Kral obrazını Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov oynayacaq.

 

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib.  Azərbaycan Dövlət və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

# 559
avatar

Oxşar yazılar