
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirildi
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib.
Türk Şurasının Baş katibi Bağdad Amriyev deyib ki, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur: “Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır. Azərbaycan təşəbbüslə çıxış edərək Baş Assambleyanın Bakıda keçirilməsini təklif etmişdi. Baş Assambleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur".
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, türkdilli ölkələri birləşdirən bir çox dəyərlər var: “Çünki bizim ümumi mədəniyyət və tariximiz var. Dünyada baş verən hadisələr onu göstərir ki, bu gün yeni mərhələ başlayır və hadisələrin gedişatı bizdən daha tez inteqrasiya olmağı tələb edir".
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06