Azərbaycan Prezidenti İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Q. Səmədov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.
Lent.az-ın məlumatına görə, Qoca Çərkəz oğlu Səmədov 2011-ci ildən Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. Sabah - oktyabrın 13-də onun 60 yaşı tamam olur.