
Murad Dadaşov onu kəskin qınadı - "Maşın” realiti-şou
"Maşın” realiti-şousunun 18-ci buraxılışının daha bir səsverməsi baş tutub.
İştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub. O, şəklinin atılacağını gözləmədiyini, şok yaşadığını etiraf edib.
Daha sonra Lalə tamaşaçılardan səs istəyərək "Bunu gözləmirdim. Oyunda qalmaq istəyirəm. Çox rica edirəm, mənə səs verin" sözlərini deyib.
Aparıcı əvvəl hədəfinin Suna Kasımoğlu olduğunu bildirsə də, daha sonra fikrindən vaz keçib:
“Heç kim məndən inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını bu qədər uzun müddət oyunda saxlamazdılar”.
Lalənin bu sözləri proqramın aparıcısı, Xalq artisti Murad Dadaşov və digər iştirakçılar tərəfindən qınanılıb.
Aparıcı daha sonra dediyi sözlərə görə üzr istəyib və Sunanı çıxarmayacağını deyib.
Sonda L.Mustafayeva 58,61 faiz səs toplayaraq yarışmada qalıb. O, müğənni Türkan Vəlizadəni şoudan uzaqlaşdırıb.
Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.
(Axşam.az)
Oxşar yazılar

Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10