
Xəstəxanada arvadını öldürənin işi MƏHKƏMƏDƏ
Bakıda xəstəxanada arvadını qətlə yetirməkdə təqsirləndirilən Faiq İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il iyunun 10-da Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində baş verib. Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.
İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.
X.İbrahimova mərkəzdə qeydiyyatçı kimi işləyib.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44