
“Qəbələ”nin keçmiş məşqçisi “Zirə”ni çalışdıracaq

“Zirə” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisinin “sükanı arxası”na Zaur Həşımov keçib.
Bunadək “Qəbələ”nin məşqçisi vəzifəsində çalışan 38 yaşlı çalışdırıcı təxminən 2 illik fasilədən sonra qəsəbə klubuna qayıdıb. 2016-cı ilin yayından 2018-ci ilin sonunadək “Zirə”nin əsas komandasında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərən mütəxəssis bundan əvvəl klubun U-18-inə də rəhbərlik edib.
O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Samir Abasovu əvəz edib. Z. Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.
Qeyd edək ki, futbolçu kimi “Şəfa” (1997-2001), “İnter” (2001-2007), “MKT-Araz” (2007), “Xəzər Lənkəran” (2007-2008), “Qarabağ” (2008-2012), “Sumqayıt” (2013-2014) klublarında, həmçinin Azərbaycan milli komandasında (1998-2007) çıxış etmiş Z.Haşımov “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi çalışıb.

Oxşar yazılar

Ronaldo titul sayında Xaviyə çatdı
21 yanvar 2021 , 15:36
“Qalatasaray” İngiltərədən hücumçu aldı
21 yanvar 2021 , 15:16
Zidanı kim əvəz edəcək? - YENİ İSİM
21 yanvar 2021 , 13:38
“Real”ın “Kral klubu” adına yaraşmayan məğlubiyyəti
21 yanvar 2021 , 13:11
“Mançester Yunayted”in tarixinə düşdü
21 yanvar 2021 , 12:27
Bitkoynla futbolçu alındı - TARİXDƏ İLK DƏFƏ
20 yanvar 2021 , 22:30
Messi 2 oyunluq kənarlaşdırıldı - SƏBƏB
19 yanvar 2021 , 17:24
“Qarabağ”ın sabiq mətbuat katibi: “Macəram başa çatdı…”
19 yanvar 2021 , 17:23