Küləkli hava nə qədər davam edəcək? - <span style="color:red;">AÇIQLAMA
09 oktyabr 2019 16:19 (UTC +04:00)

Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA

Hazırda Azərbaycanın bəzi rayonlarında, həmçinin Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam küləyin bir qədər mülayimləşəcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib, dalğanın hündürlüyü isə 2,8 metrə çatıb.

# 1003
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar