Bakı sirki mövsümü bu proqramla açacaq
08 oktyabr 2019 11:44 (UTC +04:00)

Bakı sirki mövsümü bu proqramla açacaq

Bakı Dövlət Sirki mövsümü noyabrın 2-də “Water land” adlı möhtəşəm su proqramı ilə açacaq.

Lent.az-ın məlumatına görə, proqrama eksklüziv lazer və fəvvarələr şousunda 170 tonluq su hovuzu, musiqili fəvvarələr, akva-balet, əhliləşdirilmiş heyvanlarla maraqlı nömrələr, hava gimnastları, hava uçuşu, güc jonqlyorları, “Şmak’s” klounlar dueti və başqaları daxildir.

“Water land” sirk proqramı noyabrın 24-dək davam edəcək.

# 885
avatar

Oxşar yazılar