6 şaxtaçı dəm qazından zəhərlənib öldü - Qırğızıstanda
07 oktyabr 2019 10:28 (UTC +04:00)

6 şaxtaçı dəm qazından zəhərlənib öldü - Qırğızıstanda

Qırğızıstanın cənubunda, Batken vilayətində yerləşən iki kömür mədənində 6 şaxtaçı dəm qazından zəhərlənib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
 
Xəstəxanaya yerləşdirilən şaxtaçıların həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin baş verməsinə təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar