Almaniyada iki nəfər kolbasadan zəhərlənərək ölüb
Almaniyanın Hessen şəhərində iki nəfər “Wilke Wurstwaren” şirkətinə məxsus kolbasaları yedikdən sonra dünyasını dəyişib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ət məhsullarında “Robert Koch” İnstitutunun laboratoriyasında listerioz infeksiyası aşkarlanıb.
Şirkətin məhsullarını qəbul edən daha 37 nəfərdə bakterial infeksiyaya yoluxma sübut edilib.
Almaniyada 80 ildən çox kolbasa istehsalı ilə məşğul olan bu şirkətin məhsulları satışdan çıxarılıb.
Qeyd edək ki, Almaniyada son iki ildə 20 nəfər listerioza yoluxub, onlardan 3 nəfəri ölüb, bir hamilə qadın isə vaxtından əvvəl doğuş keçirib. Sözügedən bakterial infeksiya “Offerman” ət məhsullarında aşkarlanmışdı.
Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03