636
23:12
04 Oktyabr 2019

Prezidentin Qarabağ nidası: qulağı eşitməyən varsa...

Həqiqət, haqq, ədalət...
Bu sözlərə daha çox səmavi kitablarda rast gəlmək olar. Bu da təsadüfi deyil, çünki həqiqət müqəddəslik, müqəddəs olan Haqq, haqq söyləyən isə doğru və ədalətli olanlardır.
Doğru olanlar əsla çəkinməz, kimsədən ehtiyat etməz.
Həqiqəti söyləyə bilmək cəsarət işidir. Amma bu da son deyil. Şəri ən vacib məqamda, ən uyğun şəraitdə ifşa etmək, onun necə qorxaq və bədnam olduğunu nümayiş etdirməyə daha geniş meydan, bütün bunlar üçün isə təmkin vacibdir. Dünən bu məqam yetişmişdi. Üstəlik, həqiqəti bir dövlətin prezidenti, bir ordunun sərkərdəsi söyləyirdi. Haqq sadalanan keyfiyyətlərin hər birinə malik, bu üstünlüyünü lazımi anda və yalnız şərə qarşı ölümcül zərbəyə çevirə bilən usta siyasətçinin səsi ilə bəyan edilirdi...
Meydan yeri - Rusiya, dünyaya meydan oxuyan meydan sahibi, həmin meydanda - xüsusilə sahibinin yanında özünü həmişə arxalı hesab edən bir toplumun öndə gedəni və onun bundan sonra qulağında sırğa kimi daşıyacağı cümlə...
Bəli, Azərbaycan xalqının da, onun prezidentinin də alnı açıqdır. Başqa xalqın nümayəndəsi, başqa inancın daşıyıcısı olduğuna görə ölkəmizdən heç kimi qovmamışıq, milli və irqi ayrı seçkiliyə görə soyqırım etməmişik, azyaşlı uşaqlara, yaşlı qadınlara təcavüz etməmişik, kiminsə torpağına göz dikməmişik. Bu səbəbdən nə kiminsə yanında günahkar, nə də kiməsə pislik edib qorxu içində yaşamırıq. Kiminsə arxasında gizlənib, müdafiə olunmuruq. Hər kəsə deməyə sözümüz var, hər kəsdən də cavab almağa haqqımız var.
Biz “Qarabağ - Azərbaycandır” ifadəsini şüar tonunda, nə də pafos xatirinə səsləndirmirik. Biz ümumiyyətlə bunu səsləndirmirik, kiməsə başa salmağa da çalışmırıq. Biz bunu hiss edirik, biz bunu bilirik, biz buna əminik...
Bu gün APA TV-nin “ APA ralel” layihəsində müzakirə mövzusu da Azərbaycan Prezidentinin çıxışı və bəyanatı ilə bağlı idi
Nə Ermənistan, nə də Nikol Paşinyan Azərbaycan və onun Prezidenti ilə müqayisə olunacaq səviyyədə deyil.
Oğrunun danışmağa sözü olmaz. Danışsa da elə yer seçər ki, onu eşidənlər öz tay-tuşu olsun.
Erməni baş nazirin Azərbaycan torpağında, həm də Azərbaycan havasına qol götürüb oynaması eynən bu mənzərəni yaradır.
Amma Paşinyanın məşhur “torpaq güclü olar” məsəlindən deyəsən xəbəri yoxdur. Buna görə də üstündə oynağa düşüb, ağlına hər gələni danışa bilər. Nöqtə qoymaq isə onun işi və ümumiyyətlə başı üçün deyil. Çünki nöqtəni o ancaq Azərbaycanın diqtəsi altında qoya bilər. Onun da şərti var: Özü və indi Qarabağ torpağının üstündə gəzən digər ermənilər Azərbaycan bayrağının altından keçəndən sonra.
Qarabağın nidası isə dünən Rusiyada vuruldu. Qaldı Şuşada möhürünü vurmaq.