<span style="color:red;">"Sevgimin qarşılığını görə bilmədim"  - Könül Xasıyeva gileyləndi - <span style="color:red;">VİDEO
04 oktyabr 2019 16:42 (UTC +04:00)

"Sevgimin qarşılığını görə bilmədim" - Könül Xasıyeva gileyləndi - VİDEO

Xalq artisti Könül Xasıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, xanəndə “Şou ATV”də deyib ki, sevgidə bəxti gətirməyib:

“Uşaqlıq dövrü keçirdiyim yadıma gəlmir. Sanki böyük doğulmuşam. Ruhum hər zaman ağlayıb. Çox peşmanam. Kaş ki, tanımayaydım dediyim insanlar var. Hər birimizin qəlbimizdə ideallaşdırdığımız bir sevgi var. Mən o sevgini yaşamaq istədim. İçimdə yaşadığım sevginin 52 ildə qarşılığını ala bilməmişəm. Mənim ən böyük möcüzəm övladım Kazımdır. O insan məni ana edib, ona hər zaman qəlbimdə sevgi var”.  

Qeyd edək ki, K.Xasıyeva həyat yoldaşından boşanıb. Həmin evlilikdən bir oğlu var. 

# 6021
avatar

Yalçın UĞUR

Oxşar yazılar