322
21:06
03 Oktyabr 2019

Alman Birliyi günü münasibətilə Bakıda tədbir keçirilib - FOTOSESSİYA

Bu gün Alman Birliyi gününə həsr olunmuş tədbir keçirilib.

APA -nın verdiyi xəbərə görə, tədbiri Almaniya Federativ Respublikasınının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq açıb.

Səfir 30 il bundan əvvəl alman xalqının göstərdiyi birlik və bərabərliyin ,"Zorakılığa son", "Xalq bizik" şüarları altında keçirdiyi yürüşlərinin Almaniyanın müstəqilliyi ilə nəticələndiyini vurğulayıb.

"500 mindən çox insan Şərqi Berlinin mərkəzində meydana toplaşaraq islahatlar tələb ediblər. Nəticədə Berlin divarı sökülüb, Şərqi və Qərbi Almaniya birləşib. Bu gün biz Plauen, Leypsiq və Şərqi Berlindəki almanların cəsarətini, qorxmazlığını qeyd edirik", - qonaqları salamlayan səfir belə deyib.

Almaniyanın Azərbaycanda ilk səfirlik açan ölkələrdən biri olduğunu vurğulayan səfir 1992-ci ildən bu yana ikitərəfli münasibətlərdə bir çox ugurun əldə olunduğunu bildiribvə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşı olduğunu vurğulayıb: "Almaniyadan olan iqtisadi və siyasi nümayəndə heyəti mütəmadi olaraq Azərbaycana gəlir.Keçən həftə Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş modernizasiya, infrastruktur layihələrinə həsr olunmuş Almaniya-Azərbaycan Biznes Forumu keçirilib.Almaniya azərbaycanlı tələbələr tərəfindən üstünlük verilən ölkələrdən biridir. Almaniyanın mədəni mübadilə sahəsində vacib qurumları - Höte Mərkəzi və Xaricdə Alman Məktəbləri ilə Əməkdaşlıq üzrə Mərkəz Azərbaycanda fəaliyyət göstərir".