
“WhatsApp” köhnə smartfonlarda işləməyəcək
“WhatsApp” messencerinin tərtibatçıları mobil əlavənin sistem tələbləri üçün dəyişikliklər siyahısını dərc ediblər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 1 fevral 2020-ci il tarixindən etibarən “Android 2.3.7” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının, eləcə də “iOS 8” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının dəstəklənməsi dayandırılacaq.
Qeyd olunan əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri göstərilən tarixədək yeni hesab yaratmadan və ya mövcud hesabı təkrar aktiv etmədən əvvəllər quraşdırılmış proqramdan istifadə edə biləcəklər.
Bundan başqa, 2019-cu il dekabrın 31-də “Windows Phone” əməliyyat sisteminin dəstəklənməsi tam dayandırılacaq.
Hazırda dəstəklənən mobil əməliyyat sistemləri siyahısına “Android 4.0.3” sistemi və onun əvvəlki versiyaları, “iOS 9” sistemi və onun sonrakı versiyaları, eləcə də “KaiOS 2.5.1” sistemli bir sıra telefonlar, o cümlədən yeni “JioPhone” və “JioPhone 2” daxildir.
Bildirilir ki, yazışmaların (çatlar) bir platformadan digərinə köçürülməsi mümkün olmayacaq. Qurğunun digər əməliyyat sisteminin idarəetməsi ilə işləyən modelə dəyişdirilməsi zamanı yazışmalar tarixçəsini elektron poçtla köçürmək olar.
Oxşar yazılar

Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB-1
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07