747
02:48
30 Sentyabr 2019

Ginnesin Rekordlar Kitabı dünyanın ən çoxmillətli, ən çox qonaqlı toyunu seçdi - FOTO

Dağıstanın Dərbənd şəhərindəki Narın-Qala stadionunda təşkil olunmuş toy mərasimi ən çoxmillətli və ən çox sayda qonağın iştirak etdiyi mərasim kimi Ginnesin Rekordlar Kitabına düşüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, mərasimdə 16 milləti təmsil edən 24 cütlük və 10 382 qonaq iştirak edib.

Rekordu mərasimdə iştirak edən “Rusiyanın rekordlar Kitabı”nın baş redaktoru və təsisçisi, Ginnesin dünya rekordları üzrə nümayəndəsi Aleksey Svistunov qeydə alıb. O, Ginnesin Rekordlar Kitabı tərəfindən müəyyən edilmiş rekordun sertifikatını Dərbəndin meri Xizri Abakarova təqdim edib.

Bildirilir ki, kütləvi toy mərasimində ən gənc cütlük 19 yaşlı Aydınbəy Aydınbəyovla Kamilə Gözəlova olub.

Mərasim Dərbəndin rəhbəri Xizri Abakarovun təşəbbüsü ilə şəhər administrasiyası tərəfindən təşkil edilib.